Saatlı rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Saatlı polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Qurbanəli Quliyevin SİA nın Aran bürosuna verdiyi məlumata görə, 26 Aprel 2011-ci il tarixdə, saat 00:30 radələrində Qalağayın-Aqrobaz magistral yolunun 10-cu kilometrliyində sürücü Məmmədov Zaur Əsgər oğlunun idarə etdiyi VAZ 2106 markalı 10 RB 896 dövlət qeydiyyat nişanlı avtomobil digər sürücü Əkbərov Vüsal Mətləb oğlunun idarə etdiyi VAZ 2107 markalı 54 BG 967 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə 2106 markalı maşının sürücüsü Məmmədov Zaur aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Ümumilikdə hər 2 avtomobildə olan 6 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Saatlı xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB