Xaricdə cəza çəkən 143 azərbaycanlı ölkəyə gətirilib

Son 5 il ərzində Ədliyyə Nazirliyi tərəfindən 161 əcnəbi məhkumun təhvil verilməsinə, xaricdə cəza çəkən 143 soydaşımızın isə Azərbaycana gətirilməsinə nail olunub. SİA-ya bu barədə Ədliyyə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu tədbirlər, ilk növbədə, məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, vətəndaşlarımızın ailələrinə yaxın ərazidə cəza çəkmələrinə, yaxınları ilə görüşmək imkanlarının asanlaşdırmasına və sosial adaptasiyasına kömək etməklə həmin məhkumların islah olunaraq sonradan cəmiyyətə normal qovuşmasına xidmət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə