Gəncədə avtomobil 9 metr dərinliyində quyuya düşüb - bir nəfər ölüb

Gəncədə hərəkətdə olan avtomobil 9 mətrlik dərinlikdə olan quyuya düşüb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Atabəylər adlanan prospektində baş verib.

Qəza nəticəsində avtomobildə olan 30 yaşlı şəhər sakini Elmir Məmmədov və 35 yaşlı Fuad Rəcəbov xəsarət alıblar. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səyinə baxmayaraq xəsarət alanlardan biri - Fuad Rəcəbov Gəncə şəhət Təcili Tibbi Yardım Xəstəxanasında keçinib.

İlkin məlumata görə, qəza avtomobilin yüksək surətlə gəlməsi və sürücünün çuxuru görə bilməməsi səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...