Şəmkirdə “VAZ 2106” markalı minik avtomobili ilə traktor toqquşub

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndinin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı minik avtomobili ilə traktor toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə