Gəncədə küçədə döyülən qadın xəstəxanaya yerləşdirilib

Gəncədə küçədə qadın döyülüb.

SİA xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Namazova Ləman Vəfadar qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə