Gəncədə küçədə qadın döyülüb.
SİA xəbər verir ki, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın keçmiş həyat yoldaşı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.