Bakıda axtarışda olan şəxs tutulub

Axtarışda olan S.Pənahov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan S.Pənahov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 1 mağazadan, 1 gözəllik salonundan, 1 şirniyyat sexindən pul oğurlaması da müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə