İki evdən və mağazadan oğurluq edən şəxs tutuldu

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Əkbərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan 400 manat pul, 2 evdən pul, məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini C.Əkbərov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə