Gədəbəydə ağır qəza, ölən var

Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 20-də saat 10 radələrində Gədəbəy rayonunun Zəhmətkənd kəndi ərazisində Gəncə şəhər sakini Elxan Məmmədovun idarə etdiyi “NazLifan” və Şəmkir rayon sakini N.Qarayevin idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə