Ağstafada ticarət obyektində partlayış baş verib

Ağstafada ticarət obyektində partlayış baş verib

Ağstafa rayonunda ticarət obyektində partlayış baş verib. Ağstafa rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, partlayış nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

1977-ci il təvəllüdlü Sadiqi Anar Bəhmən oğlu, 1984-cü il təvəllüdlü Əliyev Ceyhun Vidadi oğlu və 1984-cü il təvəllüdlü Orucov Seymur Qasım oğlu Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

İlkin ehtimallara görə, hadisəyə səbəb qaz sızması olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə