Gədəbəydəki avtoqəzada yaralanan gənclərdən biri xəstəxanada dünyasını dəyişib

Gədəbəydəki avtoqəzada yaralanan gənclərdən biri xəstəxanada dünyasını dəyişib

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində qeydə alınıb.

Hərəkətdə olan "Ford" markalı minik maşını ilə "NAZ Lifan" markalı avtomobil toqquşub. Qəza zamanı iki nəfər - 20 yaşlı Elxan Məmmədov və onun həmyaşıdı Rəşid Aslanzadə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilblər. E.Məmmədov bütün tibbi yardımlara baxmayaraq, xəstəxanada keçinib. Digər yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə