Xaçmazda tikinti materialları satılan bazarda yanğın olub. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Xaçmaz rayonunda, tikinti materialları bazarının ərazisində qeydə alınıb. Belə ki, ümumi sahəsi 210 m² olan talvarın yanar konstruksiyaları 3 m² sahədə, talvarın altında dayanan "QAZ" markalı minik avtomobilinin salon hissəsi və avtomobilin banına qoyulan 2 ədəd təkər yanıb.
Talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB