Narkotik alverçiləri tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Saatlı rayon sakini A.Zeynalov və onun qardaşı saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Saatlı RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mustafabəyli kənd sakini, əvvəllər məhkum olunmuş A.Zeynalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satmaqda şübhəli bilinən qardaşı, əvvəllər məhkum olunmuş A.Zeynalov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin, evindən isə 3 kiloqram 570 qram marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə