Saatlı rayonunda 66 yaşlı piyadanı avtomobil vurub

Saatlı rayonunda 66 yaşlı piyadanı avtomobil vurub

Saatlı rayonunda piyadanı avtomobil vurub.

SİA xəbər verir ki, hadisə axşam saatlarında Saatlı rayonunun Çolpu kəndində qeydə alınıb.

“QAZel” markalı yük avtomobili yolda hərəkət edən Çolpu kənd sakini, 1954-cü il təvəllüdlü Hüseynov Əlimirzə Çingiz oğlunu vurub. Baş nahiyəsindən xəsarət alan ruhi xəstə Saatlı rayon xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı Saatlı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə