Sabirabad şəhərində “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada vurub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 17-də saat 14 radələrində Sabirabad şəhərində şəhər sakini B.İmamverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Mirzəliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB