Keçmiş məhkum yenidən cinayətə əl atıb

Keçmiş məhkum yenidən cinayətə əl atıb

Aprelin 23-ü saat 20:30 radələrində 94 saylı xətt avtobusunda Bakı şəhər sakini Firudin Qurbanovun cibindən 33 sanat oğurlayan Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Natiq İsgəndərov Nərimanov RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq aidiyyəti üzrə 17-ci PB-yə təhvil verilib. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verdiyi xəbərə görə, onun üzərinə baxış keçirilərkən 0,252 qram narkotik vasitə olan heroin aşkar olunub.

Məlum olub ki, N. İsgəndərov 4 noyabr 2010-cu il tarixdə 200 saylı xətt avtobusunda Füzuli rayon sakini Tahir Məmmədovun cibindən 1000 manat oğurlayıb.

Aprelin 23-də Bakı şəhər sakini Xurşud Cahangirova məxsus Moskva prospektində yerləşən yarımtikilidən 80 metr naqil oğurladıqlarına görə Anar Şirəliyev və Ruslan Piçuşkin Nəsimi RPİ 19-cu PB-in əməkdaşları tərəfindən tutulublar.

Araşdırma nəticəsində onların aprelin 18-də 5-ci mikrorayon A. Məhərrəmov küçəsində Alim Zeynalova məxsus "Mercedes" markalı avtomobildən açar seçmə yolu ilə maqnitafon, aprelin 20-də isə həmin ünvanda Elsevər Abdullayevə məxsus "VAZ-21011" markalı avtomobildən maqnitafon oğurladıqları məlum olub.

Bütün xəbərlər Facebook səhifəmizdə