Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda baş vermiş yol qəzası ilə bağlı məlumat açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda baş vermiş yol qəzası ilə bağlı məlumat açıqlayıb

Respublika Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Quba yolunda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat açıqlayıb. SİA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, aprelin 24-də saat 23:00 radələrində Bakı-Quba-Dağıstan sərhədi yolunun Sumqayıt rayonu ərazisindən keçən 42,8-ci kilometrliyində, 1981-ci il təvəllüdlü Sumqayıt şəhər sakini Sultanov Əfqan Firudin oğlunun idarə etdiyi "VAZ-21120" markalı, 10-MO-114 dövlət qeydiyyat nişanlı avtomobil, 1980-ci il təvəllüdlü Xaçmaz şəhər sakini Şeydayev Elşən Rafiq oğlunun idarə etdiyi "Mercedes" markalı, 90-EK-712 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.

 

Nəticədə "VAZ-21120" markalı avtomobilin sürücüsü Ə. Sultanov və sərnişinləri, Sumqayıt şəhəri sakini, 1988-ci il təvəllüdlü, Əliyeva Aybəniz Şərafət qızı, Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Rəhimov Rafiq Mehdi oğlu hadisə yerində ölüb, digər sərnişinlər, Quba rayon sakini 1981-ci il təvəllüdlü Kərimov Rüfət Teymur oğlu, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Nağıyeva Aytən Vaqif qızı, Siyəzən rayon sakini, 1988-ci il təvəllüdlü Rəhmanov Vasif Fazil oğlu, həmçinin "Mercedes" markalı avtomobilin sürücüsü və sərnişini 1985-ci il təvəllüdlü Şeydayev Raiq Rafiq oğlu müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasına yerləşdiriliblər.

 

Qeyd edək ki, "VAZ-210120" markalı avtomobildə olan şəxslərin hamısı toydan qayıdırmış. Qəza zamanı yeni ailə həyatı quran bəy və gəlin də maşında olub. Gəlin aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə