Göygöldə məktəbli çayda boğularaq ölüb

Göygöldə məktəbli çayda boğularaq ölüb

Göygöl rayonunda yeniyetmə boğularaq ölüb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Pənahlılar kəndində qeydə alınıb.

Kənd sakini - 2007-ci il təvəllüdlü Hüseynov Ömər Tural oğlu kənd ərazisindən keçən çaya düşərək boğulub. Onun meyidi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hələlik hadisənin səbəbləri bilinməsə də ilkin ehtimal kimi məktəblinin mal-qara otardığı zaman çaya düşdüyü fikri irəli sürülür. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə