Qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Qadına qarşı quldurluq edən şəxs saxlanıldı

Sabunçu qəsəbəsi ərazisində paytaxt sakini A.Hüseynovaya qarşı quldurluq törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini A.Hüseynova mayın 14-də Sabunçu qəsəbəsi ərazisində bir nəfərin onun ağzını əli ilə tutaraq pul tələb etdiyini və barmağına xəsarət yetirərək boynundakı 1800 manat dəyərində olan brilyant qaşlı klonu apardığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini N.Manafov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə