Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində “VAZ-21014” markalı avtomobillə 50-55 yaşlı kişi vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 14-də saat 18 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Qasımlı idarə etdiyi “VAZ-21014” markalı avtomobillə yolu keçən 50-55 yaşlı kişini vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB