Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanıldı FOTO

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanıldı FOTO

Bakıda üzərində odlu silah gəzdirən keçmiş məhkum saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Bakı şəhər BPİ Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah, döyüş sursatı daşımaqda şübhəli bilinən 1977-ci il təvəllüdlü Sabunçu rayonu, Nardaran qəsəbə sakini Samir Babayev müəyyən olunaraq saxlanılıb.

Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin 177 və 234-cü maddələri ilə əvvəllər məhkum olunan şübhəli şəxsin üzərinə baxış zamanı 1 ədəd “Revolver” (Naqan) markalı atəşə yararlı tapança, 6 ədəd həmin silaha məxsus patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona “baba yadigarı” olduğunu bildirməklə polisə təhvil vermək istəməyib. O, silahı qanunsuz olaraq üzərində gəzdirdiyini etiraf edib. Bir-birinə zidd ifadələr verən Samir Babayev sonda silahı satmaq üçün müştəri axtardığını bildirib.

Faktla bağlı şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə