“Kamaz”la "ZİL" toqquşdu - Sürücü yanaraq öldü

“Kamaz”la "ZİL" toqquşdu  - Sürücü yanaraq öldü

Masallı rayonunun Həsənli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, mayın 14-də saat 19 radələrində Masallı rayonunun Həsənli kəndi ərazisində kənd sakini İsa Soltanovun idarə etdiyi “ZİL” və Yardımlı rayon sakini Ü.Əbişovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşduqdan sonra “ZİL” markalı avtomobildə yanğın baş vermişdir. Nəticədə yanıq xəsarəti almış sürücü hadisə yerində ölüb.

Masallı RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə