11 yaşlı qız su kanalında batıb

11 yaşlı qız su kanalında batıb

Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsi ərazisindən keçən hissəsində 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızı batıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə