Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib

Masallı rayonunun Çaxırlı kəndində ölümlə nəticələnən yol qəzası baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayon ərazisində “KAMAZ” və “QAZ” markalı iki yük avtomobili toqquşub.

Nəticədə “QAZ” markalı yük avtomobilinin kabinəsi yanıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “QAZ” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan sürücü, 1971-ci il təvəllüdlü Soltanov İsa Soltan oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə