Bakıda mağazalardan oğurluq edən şəxslər tutulub

Bakıda mağazalardan oğurluq edən şəxslər tutulub

Yanvarın 22-nə keçən gecə Fətəliyev küçəsində yerləşən, Tiflis Əkbərova məxsus mağazadan qapını sındırma yolu ilə 6 ədəd mobil telefon, 15 ədəd səsgücləndirici və 1 ədəd telefon aksessuarı oğurlanıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mağazadan oğurluq edənlər Tural Zeynalov və Azər Məmmədov aprelin 22-də tutulublar.

Aprelin 22-si saat 16:30 radələrində Bakı şəhər sakini Arifə Abdulova X.Məmmədov küçəsində yerləşən, Vaqif Məsimova məxsus mağazadan ərzaq məhsulları oğurlayarkən Xətai RPİ 36-cı PB-inin əməkdaşları tərəfindən yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə