Sabirabadda 25 yaşlı iki uşaq anası özünü asıb

Sabirabadda 25 yaşlı iki uşaq anası özünü asıb

Sabirabadda intihar hadisəsi qeydə alınıb.

SİA xəbər verir ki, hadisə Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib.

Rayon sakini, 1995-ci il təvəllüdlü Hüseynova Sevinc Aqil qızı atası evində özünü üzüm çardağından asaraq intihar edib.

Qeyd edək ki, S.Hüseynova 2 uşaq anası olub və epilepsiya xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə