Gəncədəki qəzada 70 yaşlı qadın xəsarət alıb

Gəncədəki qəzada 70 yaşlı qadın xəsarət alıb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik maşını ilə “Mercedes” markalı avtomobil toqquşub. Qəza zamanı “VAZ 2107”nin sərnişini, 1950-ci il təvəllüdlü Novruzova Səidə Sabir qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə