Filippində torpaq sürüşməsi nəticəsində onlarca adam itkin düşüb

Filippində torpaq sürüşməsi nəticəsində onlarca adam itkin düşüb

Filippində qızılaxtaranlar qəsəbəsində baş vermiş torpaq sürüşməsində azı bir nəfər həlak olmuşdur, onlarca adam itkin düşmüş hesab olunur.

SİA-nın xəbərinə görə, dağlıq ərazidə yerləşən Pantukan qəsəbəsi merinin sözlərinə görə, ordu, polis və şaxtaçılar daş və palçıq kütləsinin altında qalmış evlərdən insanları tapıb çıxarmağa çalışırlar.

Torpaq kütləsi qeyri-leqal qızıl şaxtalarının girişlərini də bağlayıb.
Ölkənin hərbi-hava qüvvələrinə ağir torpaqqazma texnikasının fəlakət zonasına çatdırılması barədə göstəriş verilıb.

Bütün xəbərlər Facebook səhifəmizdə