7 avtomobildən oğurluq edən şəxs saxlanılıb

7 avtomobildən oğurluq edən şəxs saxlanılıb

Oğurluqda şübhəli bilinən Sumqayıt sakini aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində 7 avtomobildən pul, 2 ədəd mobil telefon, maqnitofon, noutbuk və sənədlər oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş A.Feyziyev saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə