Hacıqabulda yaşayış evi yanıb - FOTO

Hacıqabulda yaşayış evi yanıb - FOTO

Hacıqabul rayonunun Nəvahi kəndində fərdi yaşayış evi yanaraq kül olub. Hacıqabul Yanğından Mühafizə İdarəsindən SİA-nın Aran bürosuna verilən xəbərə görə, aprelin 21-də,18:20 radələrində daxil olan məlumat əsasında 4 yanğınsöndürən maşın hadisə yerinə çatıb. Güclü külək yanğını daha da sürətləndirib. Evdə 1 nəfər yaşlı sakin olub və tez çölə çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb. Ev sahibi Abışov Arif Abı oğlunun dediyinə görə evdə 6 nəfər yaşayır.Yanğın zamanı 5 nəfər toyda olub. Evdə 75 yaşlı atası olub. Mənzilin bütün əşyaları tamamilə yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə