Neftçala sakinindən odlu silah götürülüb

Neftçala sakinindən odlu silah götürülüb

Neftçalada qanunsuz silah saxlayan şəxsə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumatına görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini A.Rzayevdən müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə