Aprelin 21-i saat 03:10 radələrində naməlum şəxs Çobanzadə küçəsində yerləşən mağazaya açarseçmə yolu ilə daxil olaraq 25 manat və danışıq kartlarını götürüb çıxarkən orada gözətçi işləyən İntiqam Aslanovla əlbəyaxa olaraq onu vurub hadisə yerindən qaçıb.
Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Zülfüqar Məmmədov DİN Çevik Polis Alayının və Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən yaxalanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB