Səbail rayonu ərazisindəki yaşayış binasının girişindən velosiped oğurlamaqda şübhəli bilinən F.Fətullayev saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-dən martın 11-dək olan müddətdə rayon ərazisindəki yaşayış binasının girişindən həmin binada yaşayan E.İsababayevin 900 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Fətullayev saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB