Ağcabədidə yanğın

Ağcabədi rayonunun Kəhrizli kəndində ümumi sahəsi 88 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları və içərisindəki əşyalar 16 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə