Oğurluq etdiyinə görə tutulmuş R.Abdullayevin törətdiyi digər cinayət əməlləri də müəyyən edilib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, oğurluq etdiyinə görə tutulmuş R.Abdullayevin ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 qarajdan 3000 manat dəyərində dəmir boru, 100 metr elektrik naqili, inşaat materialları və 1 evdən 500 manat dəyərində kombi oğurlaması da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB