4 ədəd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən Salyan şəhər sakini M.Salahov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 1-də rayonun Mənzil İstismar təmir-tikinti istehsalat Birliyinin anbarından 4 ədəd su qızdırıcısı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Salahov saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun həmyerlisi V.Mirzəyevlə birgə binaların birindən 15 ədəd pəncərənin dəmir barmaqlığını, 1 ədəd dəmir qapını və otaqların döşəməsini sökərək oğurlamaları da müəyyən edilib
V.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB