Evlərin birindən 300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərçivan qəsəbə sakinləri H.Hüseynov və İ.Məmmədov saxlanılıblar. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 2-də rayon ərazisindəki evlərin birindən 300 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ərçivan qəsəbə sakinləri H.Hüseynov və İ.Məmmədov saxlanılmışlar.
Ətraflarında aparılmış tədbirlərlə onların daha 1 evdən pul və qızıl-zinət əşyası oğurlamaları da müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB