Şəmkirdə iki şəxs arasında silahlı insdent baş verib

Şəmkirdə iki şəxs arasında silahlı insdent baş verib

Şəmkirdə silahlı insdent baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə Qaranü kəndində qeydə alınb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Muradov Famil Ramiz oğlu ilə onun həmkəndlisi - 1986-cı il təvəllüdlü Muradov Asif Şamil oğlu ilə arasında mübahisə yaranıb.

Bu zaman F.Muradov sonuncuya bud nahiyəsindən odlu silahla atəş açıb. Hadisə yerinə hüquq mühafizə orqanları və təcili tibbi yardım birqadası cəlb olunub.

A.Muradov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Vəziyyətinin hazırda kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hər iki şəxsin əvvəllər bir-biri ilə ədavəti olduğu bildirilir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə