Yaxın vaxtlarda kriminal aləmin görkəmli simaları Ermənistana toplaşacaq. SİA-nın Ermənistanın "News.am" saytına istinadən verdiyi məlumata görə, keçiriləcək "sxodka"da Ermənistan üzrə avtoritetin təyinatı müzakirə olunacaq. İlkin xəbərlərə əsasən bu vəzifəyə Alik Banduryanın namizədliyi irəli sürüləcək. Onun bu yaxınlarda öldürülmüş kriminal avtoritet Armen Kanevskinin yaxın adamlarından olduğu bildirilir. A. Kanevski də öz növbəsində "Ded Xasan"ın (Aslan Usoyan) adamı olub.
Yezidi kürdü olan "Ded Xasan"ın da Ermənistandakı yığıncağa qatılacağı deyilir. Bu yaxınlarda "oğru"ların Dubayda görüşdüyü xəbər verilir. Bu görüşdə Banduryanın namizədliyinə "dobro" verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB