İmişlidə yük maşınları toqquşdu, ölən var

İmişlidə yük maşınları toqquşdu, ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, İmişli rayonunda “КаmАZ” və "QAZel" markalı iki yük avtomobili toqquşub. SİA-nın nazirliyin rəsmi saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "QAZel" markalı yük avtomobilinin sürücü 1961-ci il təvəllüdlü Kərimov Camal Kərim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə