Bakıda evdən 9 300 manatlıq oğurluq edildi

Bakıda evdən 9 300 manatlıq oğurluq edildi

Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Ş.Həşimov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu ilin avqust ayında Biləcəri qəsəbəsindəki evlərin birindən 9300 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Ş.Həşimov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə