Abşeronda iki qardaş oğurluq avtomobillə qəzaya düşdü

Abşeronda iki qardaş oğurluq avtomobillə qəzaya düşdü

Abşeron rayonunun Saray qəsəbəsi ərazisindən qaçırılmış avtomobil elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPŞ-yə Sumqayıt şəhər sakini İ.İbişlinin “QAZ-3110” markalı avtomobilinin mayın 2-də saat 22 radələrində Saray qəsəbəsi ərazisindən qaçırılması barədə məlumat daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün saat 23 radələrində qəsəbə ərazisində elektrik dirəyinə vurulmuş vəziyyətdə tapılmış, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinənlər - qəsəbə sakinləri V.Ağalı və yeniyetmə qardaşı saxlanılıblar.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə