Aprelin 21-i saat 02 radələrində Naximov küçəsində Elşən Bağırovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Orxan Səfərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə O.Səfərov hadisə yerində ölüb.
Digər bir yol qəzası zamanı Ramin Qədirovun idarə etdiyi "Mersedes" markalı avtomobillə Rüfət Aslanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə R.Aslanov aldığı xəsarətlərdən KTM-da ölmüş, qızı Nigar isə yardım alaraq evə buraxılıb.
Martın 1-də isə Azadlıq prospektindən Eldəniz Yusifova məxsus "VAZ-2105" markalı avtomobil qaçırılıb. Binəqədi RPİ 4-cü PB və Astara RPŞ-nin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil aprelin 19-da Astara rayonunda sökülmüş vəziyyətdə tapılmış və avtomobili qaçıran həmin rayon sakini Emin Hüseynov yaxalanıb. Müəyyən olunub ki, E.Hüseynov 4 dekabr 2010-cu il tarixdə 176 saylı xətt avtobusunda Novruz Turabiyevin cidindən 70 manat, şəxsi sənədlər, dekabrın 17-də Mirəli Mustafayevə məxsus avtomobildən 40 manat, iki ədəd səsgücləndirici, maqnitafon və bu il aprelin 10-da 165 saylı xətt avtobusunda Gülnar Poladovanın əl çantasından mobil telefon oğurlayıb.
Martın 31-də Sahil qəsəbəsində Samir İsgəndərova məxsus "VAZ-2107" markalı avtomobildən ehtiyat təkər oğurlanıb. Qaradağ RPİ 38-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Rasim Mərdanov, əvvəllər məhkum olunmuşlar Rahib Abdullayev və Rövşən Əliyev aprelin 20-də tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB