Aprelin 18-nə keçən gecə Buzovna qəsəbə sakini Tahir Xudaverdiyevə məxsus həmin qəsəbədə yerləşən mağazadan qapını sındırma yolu ilə 70 manat dəyərində spitli içkilər və tütün məmulatları oğurlanıb. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Xəzər RPİ 2-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Buzovna qəsəbə sakini Samir Rzayev aprelin 19-da yaxalanıb.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticsində cinayətin digər iştirakçıları olan Ağsu rayon sakini Ruslan Abdullayev və Bakı şəhər sakini Elmar Dadaşov aprelin 20-də saxlanılıblar. Məlum olub ki, onlar martın 23-nə keçən gecə, Silduz Tilazadəyə məxsus Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən mağazadan qapının qıfılını sındırma yolu ilə spirtli içkilər, tütün məmulatları, aprelin 16-na keçən gecə G.Məmmədov küçəsində yerləşən Elmar Rzayevə məxsus mağazadan pəncərədən keçmə yolu ilə 240 manat, ərzaq malları, danışıq kartları və həmin tarixdə A.Mirzəyev küçəsində Yeganə Əlizadəyə məxsus mağazadan ərzaq malları, internet kartları oğurlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB