Samux rayonunda 1 nəfərin ölümü, 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
SİA-nın bölgə müxbirinin verdiyi məlumaya görə, hadisə rayonun Lüksemburq kəndində qeydə alınıb.
İlkin məlumata görə, "VAZ 21 07" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan 6 yaşlı uşaq - SÜlüymanov Hüseyn Elnur oğlu yerindəcə keçinib. Daha 3 nəfər xəsarət alıb. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib. Onlardan birinin - Məmmədov Raqif Qəzənfər oğlunun vəziyyəti ağır qiymətləndirilir.
Qəzaya yüksək surətin səbəb olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB