Şəmkirdə 28 yaşlı gənc güllələnərək öldürülüb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.
Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümbətli Elnur Salman oğlu 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirib.
Qətlin ilkin səbəbləri bilinməsə də qətlin kustar üsulla hazırlanan silahdan açılan atəş nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə Şəmkir rayon Prokurorluğu və Polis İdarəsinin rəsmiləri cəlb olunub. İstintaq tədbirləri aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB