Goranboyda avtomobil oğurlayan şəxs aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 30-da saat 03:00 radələrində Gəncə-Yevlax yolunda “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda rayon sakini Q.İmanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Kəpəz RPİ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Araşdırmalarla qeyd edilən avtomobilin Gəncə şəhər sakini E.Nəbiyevə məxsus olması və Q.İmanov tərəfindən qaçırılması müəyyən edilib və o, saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB