Bakıda bank hesablarından pul oğurlayan şəxs saxlanıldı

Bakıda bank hesablarından pul oğurlayan şəxs saxlanıldı

Bakıda bank hesablarından pul oğurlamaqda şübhəli bilinən şəxs aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 4 nəfərin bank hesablarından pul çıxararaq oğurlamaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mehdiyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun 6 nəfərə qarşı dələduzluq etməsi də müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə