Sabirabad polisi külli miqdarda narkotik vasitə aşkar edib - FOTO

Sabirabad polisi külli miqdarda narkotik vasitə aşkar edib - FOTO

Sabirabad polisi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində bü gün iş gününün sonunda, axşam saatlarında rayonun Qaragüney ərazisində yerləşən DYP-nın postunda əməliyyat tədbiri keçirib.

SİA-nın Aran bürosunun əməliyyat yerində olan müxbirinin məlumatına görə, Sabirabad şəhər sakini Kərimov Ramiz Kərim oğlu idarə etdiyi 23 BG 549 dövlət nömrə nişanlı mikroavtobusla külli miqdarda narkotik vasitə olan heroin apararkən polsilər tərəfindən saxlanılıb.

Maşına baxış keçirilən zaman narkotik vasitə olan heroin və digər ləvazimatlar aşkar edilərək götürülüb. Saxlanılan şəxsin narkotik vasitənin haradan əldə etməsi istintaq zamanı məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə