Bakının Nərimanov rayonunda 61 yaşlı qadın piyadanı maşın vuraraq öldürüb

Bakının Nərimanov rayonunda 61 yaşlı qadın piyadanı maşın vuraraq öldürüb

Bakının Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, 1999-cu il təvəllüdlü Əliyev Azad Azər oğlu Koroğlu Rəhimov küçəsi ilə idarə etdiyi "VAZ 2103" markalı minik avtomobillə hərəkətdə olan zaman piyada zolağından keçən 1959-cu il təvəllüdlü Fəridə Ələkbərovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.

Nərimanov rayon 18-ci Polis Bölməsinin əməkdaşları hadisəni törədən sürücünü saxlayıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə